Elmi jurnalımızın ikinci nömrəsi işıq üzü görüb

33

“ADDA-nın elmi əsərləri” məcmuəsində ən yaxşı elmi məqalələr dərc edilir. Bu günlərdə elmi jurnalımızın 2024-cü ildə ikinci nömrəsi işıq üzü görüb.

Jurnala 26 məqalə daxil olub. Onların sırasında Rusiya və Qazaxıstan alimlərinin məqalələri də yer alıb. Dərc olunan məqalələr gənc mütəxəssislərin elmi işlərinə fayda verməklə yanaşı, dənizçilik sahəsində də geniş istifadə edilə bilər.        Bu elmi məqalələrlə aşağıdakı linkdən tanış ola bilərsiniz:

2024-cü il Proceedings of ASMA-2024 n2

Qeyd edək ki, “ADDA-nın elmi əsərləri” məcmuəsi dörd bölmədən (Gəmiqayırma və gəmi təmiri texnologiyası, Gəmiçilik və su nəqliyyatının istismarı, Gəmiçilik texnikası və Gəmiçilikdə təbiət elmlərinin problemləri) ibarət olaraq İSSN 2220-1025 indeksi altında təsdiqlənib. Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlər siyahısına daxil olan jurnalda elmi dərəcə iddiaçılarının orijinal tədqiqatlarının nəticələri dərc edilir.

Redaksiya heyətinin 5 üzvü xarici ölkə alimləridir.

adda.edu.az