Kurık limanının Baş direktoru Serik Axmetov ASCO-nun RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsinə gələrək AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində həyatını itirənlərin ailə üzvlərinə başsağlığı diləklərini çatdırıb.
Gəminin kapitanı Təhmiraz İsmayılov başsağlığına, ölkəmiz və xalqımız üçün ağır bir gündə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.