Mahaçqala dəniz ticarət limanı tam özəlləşdirilib

55

“Mahaçqala Dəniz Ticarət Limanı” ASC-nin özəlləşdirilməsi tam başa çatıb.

“Seanews.az” xəbər verir ki, Limanın səhmlərinin 51%-ni strateji investor alıb. Özəlləşdirmədən əvvəl səhmlərin 100%-i federal mülkiyyətdə idi.

“Bu il biz limanı tamamilə özəlləşdirdik, əsas investorumuz Süleyman Kərimovdur. Nəhayət, Mahaçqala limanı inkişaf edir”, – deyə regionun nəqliyyat və yol təsərrüfatı naziri Cambulat Salavov bildirib.

2022-ci ilin sentyabrında Dağıstan rəhbəri vurğulamışdı ki, limanın məhz  ona böyük sərmayə qoya bilən özəl investorlara verilməsi məsələsinə baxılır: bu, limandan “Şimal-Cənub” dəhliz nəqliyyat və logistikasının inkişafı üçün istifadə etməyə imkan verəcək.

Qeyd edək ki, Mahaçqala Dəniz Ticarət Limanı Rusiyanın Xəzər dənizində uzunluğu 150 metr və suya oturumu 4,5 metrədək olan gəmiləri qəbul edən yeganə buzsuz dərin su limanıdır.