Qazaxıstanda Xəzərə təyyarə qəzasında həlak olanların xatirəsinə çələnglər buraxılıb

52

AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə Qazaxıstanın Aktau, Kurık və Bautino limanlarında Xəzər sularına çələnglər buraxılıb.

Bu barədə Oxu.Az Qazaxıstan KİV-inə istinadən xəbər verir.

“Bu jest dəhşətli təyyarə qəzasında həlak olanlara hörmət və hüzn əlamətidir. Bu, son illərin ən faciəli hadisələrindən biridir, onlarla insan, o cümlədən uşaqlar həlak olub. Həlak olanların yaxınlarının hislərini başa düşürük, biz sizinləyik. Sizin kədərinizi bölüşürük və sizinlə birgə yas tuturuq”, – aksiya iştirakçıları qeyd ediblər.

https://t.me/oxuaze/118747?embed=1