Azərbaycan Yelkən Federasiyasının istedadlı idmançıları 3-7 yanvar 2025-ci il tarixlərində Türkiyənin Bodrum şəhərində keçiriləcək IV Mandarin Cup yarışlarında ölkəmizi təmsil edəcək! Bu mötəbər yarışda komandamız öz bacarıqlarını nümayiş etdirərək Azərbaycanın adını qürurla yüksəltməyə çalışacaq.
İdmançılarımız: Nərgiz Məmmədova, Kamilla Həsənova, Kamal Başirli, Davud Babazadə, Yağmur Həsənli, Furkan Mustafayev və Emel Məmmədli.
Komandamızın baş məşqçisi: Panagiotis Papadakis, komanda rəhbəri: Burcu Algon Giorgianni.
Komandamıza uğurlar arzulayır, hər birinə müvəffəqiyyətlər diləyirik! Qoy külək daim yelkənlərindən yana olsun!
Source:https://www.facebook.com/sailingaze/