Xəzərin Qazaxıstan sahilində batmış gəmi tapıldı

18

Xəzər dənizinin Qazaxıstan sahillərində bir neçə əsr əvvəl batmış gəmi aşkar edilib.

“Qafqazinfo” Aktaunun “Lada” xəbər portalına istinadən xəbər verir ki, sözügedən gəmini beynəlxalq arxeoloqlar qrupu tapıb.

İlkin nəticələrə əsasən, 18-19-cu əsrlərdə batmış üç dirəkli gəminin Rusiyadan gələn ticarət donanmasına məxsus olduğu güman edilir. Gəminin tapılması dəniz səviyyəsinin aşağı düşməsi ilə mümkün olub.