Yaponiyanın “Penta-Ocean Construction” şirkəti Sinqapurun “PaxOcean Group” şirkəti ilə dünyanın ən müasir kabelçəkən gəmisinin tikintisi üçün müqavilə imzalayıb.
“Seanews.az” “Marine Insight News Network”-a istinadən xəbər verir ki, gəmi 243 milyon dollara başa gələcək.
Norveçin “Salt Ship Design” şirkəti tərəfindən layihələndiriləcək gəmi “ClassNK” təsnifatını alacaq.
Özüyeriyən gəmi çətin hidrometeoroloji şəraitdə kabelləri təhlükəsiz çəkməyə imkan verən 5000 tonluq iki karusellə təchiz olunacaq.
Gəminin təhvil verilməsi 2028-ci ilin fevralına nəzərdə tutulsa da, 2029-cu ildən aktiv istismar ediləcək.