Yaponiyanın “Mitsui O.S.K. Lines, ltd.” gəmiçilik şirkəti “Capesize” sinifli yük gəmisini yelkənlərlə təchiz edib və modernləşdirmədən sonra gəmi Braziliyanın Ponta da Madeyra limanına ilk səfər edib.
“Seanews.az” “Mitsui O.S.K. Lines, ltd.”-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, 200 min ton yükgötürmə qabiliyyətinə malik “Camellia Dream” balkeri Finlandiyanın “Norsepower” şirkəti tərəfindən hazırlanmış iki rotorlu yelkən sistemi ilə təchiz edilib. Yelkənlər 35 metr x 5 metr ölçüdədir.
İlk səfərin də nəticələri təsdiq edir ki, bu sistemdən və səfərin optimallaşdırılması texnologiyasından istifadə etmək Braziliya-Uzaq Şərq marşrutunda yanacaq sərfiyyatını və istixana qazı emissiyalarını 6%-dən 10%-ə qədər azaldacaq.
Balker hazırda dəmir filizi daşımaq üçün “Vale” ilə ortamüddətli müqaviləni yerinə yetirir.