2024-cü ilin 7 noyabr tarixində “Caspian Service”nin Azərbaycandakı filalı tərəfindən sözügedən 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə Dövlət Dəniz və Liman Agentliyində məlumat daxil olub.
Bu barədə Ajans.az-a dövlət Dəniz və Liman Agentliyinin mətbuat xidmətinin rəhbəri Pərvanə İmanova məlumat verib.
“Dərhal agentlik tərəfindən XİN-ə işçi qaydada məlumat verilib. Bununla yanaşı Eritreya dövlətinin dəniz nəqliyyayı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə Beynəlxaq Dəniz Təşkilatına, Eritreyanın Beynəlxaq Dəniz Təşkilatındakı daimi nümayəndəlliyinə, Böyük Britaniya və Şimalı İralandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib”.
Ajans.az