Dövlət qurumlarının əməkdaşları arasında keçirilən badminton yarışında Bakı Limanı əməkdaşı yüksək yerə layiq görülüb

11

Dövlət qurumlarının əməkdaşları arasında 12 yanvar tarixində badminton yarışı keçirilib. 12 dövlət qurumundan 28 əməkdaşın iştirak etdiyi yarış, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı ilə keçirilib. Qeyd edək ki, baş tutan bu yarışda kişilər arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əməkdaşı Ramil Hacıyev birinci olub.

Source:https://www.facebook.com/BakuSeaTradePort