Dövlət Dəniz və Liman Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətinin məlumatı

41

Dövlət Dəniz və Liman Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətinin məlumatı

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Xəbərdarlığa əsasən, yanvarın 20-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi yanvarın 22-nə kimi davam edəcək.

Belə ki, küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün isə 3.0-5.0 m. sonrakı inkişafda 5.0-7.0 m. çatacağı proqnozlaşdırılır.

ddla.gov.az