5 min tonluq gəmilər Pinlu kanalından keçə biləcək

8

Çinin cənubunda yerləşən Quansi Çjuan Muxtar Vilayətində Pinlu gəmiçilik kanalının tikintisinin 2026-cı ildə başa çatdırılması planlaşdırılır.

“Portnews.ru” “China Daily”-a istinadən xəbər verir ki, layihəyə investisiyalar 17 milyard yuan (2,3 milyard dollar) təşkil edəcək.

“Pinglu Canal Group”-un baş direktoru Yan Binin qeyd etdiyi kimi, 2025-ci il layihə üçün həlledici il olacaq. Kanalın tikintisinə 2022-ci il avqustun 28-də start verilib.

Uzunluğu 134,2 km olacaq “çay-dəniz” kanalı Sitzin su anbarı ərazisində Sitzyan çayını Beibu körfəzi ilə birləşdirəcək və Çinin cənub-qərbində dənizə çıxışı təmin edəcək. 5 min ton yükgötürmə qabiliyyətinə malik gəmilər su arteriyasından keçə biləcək.

“Seanews.az”