ADDA əməkdaşları X beynəlxalq elmi-praktik konfransda

63

Fevralın 4-də Milli Aviasiya Akademiyasında ənənəvi “Fevral məruzələri 2025: Aerokosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” X beynəlxalq elmi-praktiki konfransı öz işinə başlayıb. Bu konfrans gənc alim və tədqiqatçılar üçün beynəlxalq elmi müzakirə məqsədilə təşkil edilən akademik platformadır.

Gənclər Gününə və Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1”in orbitə buraxılması tarixinə həsr olunan konfransın açılış mərasimində Azərbaycan Dövlət Dəniz Akademiyasının prorektoru Vüqar Sadıqovun rəhbərliyi ilə professor Vaqif Həsənov, ADDA-nın doktorantları Elvin İbrahimli, Əlihüseyn Həziyev və Əli Əliyevdən ibarət nümayəndə heyəti iştirak edib. Konfransın bölmələri üzrə müzakirələrdə doktorantlarımız məruzə ilə çıxış edəcəklər.

Təqdim olunan məqalələr “Fevral məruzələri 2025: Aerokosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” beynəlxalq elmi-praktik gənclər konfransının materiallar toplusu kimi nəşr olunacaq.

adda.edu.az