ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) ASCO üzrə elan olunmuş “Təhlükəsiz iş ili” ilə bağlı müzakirələr aparılıb.
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi şöbəsinin (ƏMTTƏMM) rəisi Babək Hüseynov çıxış edərək, cari ildə ZGTTZ-də həyata keçiriləcək təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat verib.
İclasda həmçinin 2025-ci il üçün SƏTƏMM üzrə “Tədbirlər Planı” ilə ümumi tanışlıq olub.
Zavodun direktoru Rəfael Mikayılov çıxışında istehsalatda bədbəxt hadisələrin baş verməməsi və qarşısının alınması üçün əməkdaşlara tapşırıqlarını verib, bu sahədə fəaliyyətlərə nəzarət tədbirlərinin artırılmasının vacibliyini diqqətə çatdırıb.



ASCO.AZ