Qazaxıstan və Pakistan Karaçi limanından istifadə etməklə yükdaşımaları optimallaşdırmaq niyyətindədir

18

“KTZ Express” ASC-nin (Qazaxıstan Dəmir Yollarının törəmə müəssisəsi) baş direktoru Damir Kojaxmetov Pakistana səfər edib, burada nəqliyyat və logistika şirkətləri və ölkənin Ticarət Nazirliyi ilə “Trans-Əfqan Dəhlizi”nin inkişafı məsələlərini müzakirə edib.

Bu barədə “Seanews.az” Qazaxıstan Dəmir Yollarının “Telegram” kanalına istinadən məlumat verir.

“С National Logistics Corporation” (“NLC”) və “Tranzum Courier Service” (“TCS”) ilə yükdaşımaların optimallaşdırılması və liman infrastrukturundan istifadə məsələləri, Ticarət Nazirliyi ilə “Logistikanın sadələşdirilməsi və maneələrin aradan qaldırılması tədbirləri müzakirə edilib.

Qeyd olunur ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Kəraçi limanının terminal imkanlarına və “KTZ Express”-in regionda mövcudluğunun genişləndirilməsinə xüsusi diqqət yetirilir.

Pakistan bundan əvvəl Süveyş kanalı vasitəsilə Avropa, Fars körfəzi ölkələri və Hind okeanını birləşdirən dəniz yoluna alternativ olan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsində maraqlı olduğunu bildirmişdi.