Gəmiçilik sənayesi bacarıqlı dənizçiləri cəlb etməkdə çətinliklərlə qarşılaşır

28

Dənizçi heyətinin iş şəraitinin  son bir ildə daha da yaxşılaşmasına baxmayaraq, gəmiçilik sənayesi bacarıqlı dənizçiləri cəlb etməkdə çətinliklərlə qarşılaşır.


Allmarinenews xəbər verir ki, məsələ  Litvanın Danica Crewing Specialists tərəfindən gəmi sahibkarlığı və gəmi idarəetmə şirkətlərinin daxili heyət rəhbərləri ilə keçirilən “Crew Managers” sorğusunda özəksini tapıb.

Sorğuya əsasən, şirkətlər 2023-cü illə müqayisədə dənizçilərin maaşını ötən ilə nisbətən daha da artırıb. Heyət saxlanmasında artım olsa da, sənaye ekspertləri hələ də bacarıqlı dənizçilərin çatışmazlığı ilə bağlı narahatlıq bildirirlər.

2024-cü ildə, əvvəlki illə müqayisədə işə qəbul prosesində çətinliklərin azaldığı müşahidə olunsa da, hələ də hər üç şirkətdən birinin bacarıqlı heyət üzvlərini cəlb etməkdə çətinlik çəkdiyi bildirilir. 

Maaş artımları işçi qüvvəsinin stabil qalmasına kömək etsə də, sənaye hələ də bacarıqlı peşəkarları işə cəlb etməkdə çətinlik çəkir. Sorğu nəticələri göstərir ki, saxlanmanın yaxşılaşmasına baxmayaraq, bir çox heyət rəhbəri müasir gəmiçilik tələblərinə uyğun təcrübəli heyət üzvlərini tapmaqda çətinlik çəkir.

Sənaye ekspertləri bildirirlər ki, bu problem sadəcə dənizçilərin çatışmazlığı ilə bağlı deyil, daha çox kompetent dənizçilərin tapılmaması ilə bağlıdır. Rəydə bəzi heyət rəhbərləri, işə qəbulda çətinliklərin gəmiçilik sektorundakı davam edən dəyişikliklər və heyət idarəetmə strategiyalarının dəyişməsi ilə əlaqəli olduğunu bildirirlər.

Daha çox gəmiçilik şirkətləri işçi qüvvəsi çatışmazlığı ilə mübarizə aparmaq üçün işə qəbul strategiyalarını müxtəlifləşdirir. Sorğuya görə, 2024-cü ildə şirkətlərin 57%-i əlavə millətlərdən işə qəbul etməyi planlaşdırır, bu rəqəm 2023-cü ildə 42% idi. Ekspertlər bildirirlər ki, artıq çox az şirkət bir millətə əsaslanaraq dənizçilər cəlb edir, bunun əvəzində işə qəbulda  daha geniş və qlobal yanaşmaya üstünlük verirlər.

//Marineİnsight