Dövlət Dəniz Akademiyası 69 min nəfərlik yemək alır – TƏQRİBİ QİYMƏT

30

Dövlət Dəniz Akademiyası açıq tender elan edir.

FED.az xəbər verir ki, elanda  iaşə xidmətinin satın alınması nəzərdə tutulub.

Qeyd edək ki, tender çərçivəsində 69 000 nəfər üçün nahar yeməyi satın alınacaq.

Şərtə görə yeməyin tərkibi belə olacaq:

1. Şorba 230-250 qr

2. İsti yemək bişmiş halda mal əti 135 qr və ya bişmiş halda toyuq əti 100 qr, qarnir 300 qr

3. İçki 250 ml

4. Çörək limitsiz

5. Ketçup limitsiz

6. Duz limitsiz

7. İstiot limitsiz

8. Salfetka limitsiz

Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir.

Satınalan təşkilatın VÖEN-i: 9900064231

Satınalan təşkilatın ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1000 Z.Əliyeva küç., 18

Ehtimal olunan qiymət: 403.029,00 AZN

Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 17.02.2025 16:53

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 13.03.2025 11:00

Zərflərin açılış tarixi və vaxtı: 13.03.2025 11:00

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Bağırov Niyaməddin, Təchizat və satınalmalar üzrə mütəxəssis

Email : Niyameddin.Bagirov@asco.az

Əlaqə telefonu : (012) 404-37-00, daxili 3042