Bakı Beynəlxalq Dəniz Ticarət Limanı işçilər axtarır – VAKANSİYALAR

25

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC

Elektrik-çilingər (Portal kranlar üzrə)

Son tarix 18 mar 2025 – hr@portofbaku.com

Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik-çilingər (Portal kranlar üzrə)

  • İş yeri: Ələt;
  • Elektrotexnika, Elektromexanika vəya Nəzarət ölçü alətləri və avtomatlaşdırma ixtisasları üzrə orta təhsil (və bənzər ixtisaslar arzuolunandır);
  • Elektrik iş sertifikatı (diplom);
  • Sahə üzrə 3 il iş təcrübəsi;
  • MS ofis proqramları, PLC və çevirici mühərrik idarəetmə sistemlərini bilmək;
  • Hündürlükdə iş bacarığı (55 metr).

Bilməlidir:

  • Elektrik qurğularının quraşdırılması və texniki istismar qaydalarını;
  • Elektrik qurğularında tətbiq olunan kollektiv və fərdi mühafizə vasitələrindən istifadə və onların sınaq qaydalarını;
  • Elektrik qurğu və avadanlıqların tipini, şərti işarələrini və təyinatını;
  • Portal kranlarda olan elektrik avadanlıqlarının texniki parametrlərini;
  • Elektrik naqillərinin lehimlənməsi və dəyişdirilməsi üsullarını;
  • Portal kranlarda olan elektrik avadanlıqların konstruksiyalarını;
  • Mexanizmlərin təmiri və bərkidilməsinin əsas qayda və üsullarını;
  • Təmirdə işlədilən takelaj avadanlıq, mexanikləşdirilmiş alət və dəzgahların quruluş və istifadə edilməsini;
  • Portal kranlarda olan elektrik avadanlıqlarının texniki parametrlərini;
  • Kranlarda olan sabit və dəyişən cərəyan sistemlərinin sxemlərini və iş prinsiplərini.

Davranış bacarıqları:

  • Məsuliyyət;
  • İşi təqib etmə;
  • Təhlil etmə;
  • Qərar vermə;
  • Detallara diqqət.

Öhdəliklər:

  • Portal kranlarda yerləşən elektrik qurğuların, elektrotexniki avadanlıqların, avtomatika və telemexanika cihazlarının sxem və quruluşlarının etibarlı vəziyyətdə olmasını yoxlamaq, yaranmış nasazlıqları aradan qaldırmaq;
  • İş üçün lazım olan nişanlanmış alətlərlə və təhlükəsizlik texnikası üzrə vasitələrlə daim onları işlək vəziyyətdə saxlamaq;
  • Bütün elektrik təchizatı və elektrik avadanlıqlarının montajı, demontajı, avadanlıqların quraşdırılması kimi işlərdə birbaşa iştirak etmək;
  • Portal kranlarda nəzarət ölçü cihazlarını yoxlamaq və dəyişdirmək;
  • Portal kranların tozdan və digər istismar dövrünü qısaldacaq amillərdən qorunmasında və önləyici tədbirlər görülməsində birbaşa iştirak etmək;
  • Portal kranların işıqlanmasını, həmçinin kranda olan elektrik avadanlıqlarında yarana biləcək qüsurların aradan qaldırılmasını təşkil etmək;
  • İş planına uyğun şəkildə nasaz avadanlıqla bağlı mümkün qədər daha detallı məlumat almaq məqsədi ilə bütün müvafiq işçi heyəti ilə məsləhətləşmək;
  • Təmir və əvəzləmə prosesini Cəmiyyətin tələblərinə, istehsalçının təlimatlarına və SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) prosedurlarına uyğun olaraq həyata keçirmək;
  • Qurğular, alətlər və avadanlıqları iş planına və Cəmiyyətin prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək.

 Qeyd: Nəqliyyat, qida və digər qurumdaxili xidmətlər təmin ediləcəkdir. 

Tələblərə cavab verən namizədlər mail adresinə “Elektrik-çilingər”  yazaraq öz cv-lərini göndərə bilərlər.

Müraciət üçün son tarix 01 mart 2025-ci il. 

Operator (Müşahidə kameraları-CCTV üzrə)

 Son tarix 18 mar 2025 hr@portofbaku.com

Tələblər

  • Orta təhsil (Ali təhsil arzuolunandır);
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Cinsi: Xanım namizədlərə üstünlük veriləcəkdir.

Bilməlidir:

  • Ofis proqramları;
  • Müşahidə kameraları ilə iş təcrübəsi (CCTV sistemi arzuolunandır);
  • Azərbaycan dili sərbəst, rus və ingilis dili arzuolunandır.
  • Müvafiq sahə üzrə əsas biliklər:
  • Mühafizə sahəsi üzrə, müşahidə kameraları ilə iş bacarığı.

Davranış bacarıqları:

  • Məsuliyyət;
  • Detallara diqqət;
  • Qərar vermə bacarığı.

Öhdəliklər:

  • Növbə zamanı riskləri qiymətləndirmək və qabaqlayıcı tədbirləri görmək;
  • Baş verən hadisələr barədə rəhbərliyinə vaxtlı-vaxtında məlumat təqdim etmək və müvafiq qeydiyyatlar aparmaq;
  • Yanğından mühafizə sisteminə nəzarət etmək, hər hansı nasazlıq və ya siqnal olarsa bu barədə dərhal aidiyyəti struktur bölməyə məlumat vermək;
  • Patrul və müşahidə xidmətinin rəisi olmadıqda xidmətdə olan növbə rəisinə hesabat vermək;
  • Video müşahidə məntəqəsinə kənar şəxsləri buraxmamaq;
  • Mühafizə sahəsi üzrə rəhbər, onu müşayiət edən şəxslər, ali rəhbərlik və daxili nəzarət tədbirlərini həyata keçirən şəxslər istisna olmaqla, digər şəxslərin posta daxil olmasına yol verməmək.

Qeyd: Nəqliyyat, qida və digər qurumdaxili xidmətlər təmin ediləcəkdir.

Tələblərə cavab verən namizədlər mail adresinə “Operator” yazaraq öz cv- lərini göndərə bilərlər.

Müraciət üçün son tarix 01 mart 2025-ci il.

Kran operatoru (Portal kran)

 Son tarix 18 mar 2025 hr@portofbaku.com

5-ci dərəcəli kran operatoru (Portal kran)

  • Peşə və ya Orta ixtisas təhsili;
  • İxtisas sertifikatı;
  • Sahə üzrə 1 il iş təcrübəsi.

Bilməlidir:

  • Xidmət edilən portal kranın və onun mexanizmlərinin quruluşunu;
  • Yüklərin yerdəyişmə üsullarını;
  • Texnoloji avadanlığın quraşdırılmasını;
  • Xarici görkəminə görə yükün kütləsinin müəyyənləşdirilməsi;
  • Portal krana xidmət göstərilməsi qaydalarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını, o cümlədən yanğından mühafizənin norma və qaydalarını.

Davranış bacarıqları:

  • Məsuliyyət;
  • İşi təqib etmə;
  • Detallara diqqət.

Öhdəlikər:

  • Krana qoşulan bütün növ yüktutucu (qarmaq, spreyder, maqnit, qreyfer və s.) avadanlıqların qoşulmasında iştirak etmək;
  • Orta mürəkkəbli (0-75 ton aralığında) yük qaldırma əməliyyatlarını icra etmək; zərurət yarandıqda kranda təmir işlərində iştirak görmək və krana texniki xidmət göstərmək;
  • Yükaşırma prosesində risklərin müəyyən edilməsində iştirak etmək;
  • Yükaşırmada təyin edilmiş hədəflərə çatmaq üçün rəhbəri tərəfindən təyin edilmiş normalara çatmaq üçün səy göstərmək;
  • Yazılı, şifahi və ya siqnal işarələri əsasında qaldırılacaq yükün və həmin yükün yerinə uyğun manevrlərə əməl etmək;
  • Kranın istifadəsi zamanı nasazlıqları aşkar etmək və sahə rəisinə məlumat vermək;
  • Əl rıçaqları və pedallar vasitəsilə kranı şassi üzərində döndərmək və qaldırılacaq yükə görə oxun çıxışını nizamlamaq və qarmağı lazımi məsafədə endirib qaldırmaq;
  • Kranla əməliyyatlar edərkən dəqiq hesabat aparmaq və qəbul edilmiş standartlar əsasında işi yerinə yetirmək;
  • Verilən təlimatlara və işarələrə dəqiq əməl etmək.

Qeyd: Nəqliyyat, qida və digər qurumdaxili xidmətlər təmin ediləcəkdir.

Tələblərə cavab verən namizədlər mail adresinə “5-ci dərəcəli kran operatoru” yazaraq öz cv-lərini göndərə bilərlər.
Müraciət üçün son tarix 01 mart 2025-ci il.

fed.az