Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.
Xəbərdarlığa əsasən, fevralın 20-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi fevralın 22-si səhər saatlarına kimi davam edəcək.
Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, fevralın 21-də açıq dənizdə isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyü: 2.0-3.0 m, sonrakı inkişafda 5.0-7.0 m.çatacağı proqnozlaşdırılır.
ddla.gov.az