İtaliyanın Savona limanında dayanmış “Seajewel” neft tankerində iki partlayış barədə xəbər vermişdik.
“Seanews.az” xəbər verir ki, hazırda Savona prokurorluğu hadisə ilə bağlı ən müxtəlif, o cümlədən tankerin sıradan çıxması, toqquşması və ya döyüş sursatı partlaması ehtimallarını nəzərdən keçirir.
Malta bayrağı altında üzən gəmi Əlcəzairdən fevralın 14-də gəlib. Limanın rəhbərliyi neftin boşaldılması zamanı “bəzi qeyri-adiliklərin” müşahidə edildiyini və gəmidə texniki yoxlamaların aparıldığını bildirib. Axşam saatlarında neftin boşaldılması zamanı baş verən iki güclü partlayışdan sonra gəminin gövdəsində dəlik aşkar edilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb və neft sızması qeydə alınmayıb.
