Son bir ayda Aralıq dənizində üç neft tankeri partlayışlar nəticəsində zədələnib.
“Seanews.az” xəbər verir ki, bu barədə gəmiçilik və təhlükəsizlik sektorundakı mənbələrə istinadən “Reuters” məlumat yayıb.
Əvvəlcə İtaliyanın Savona limanında “Seajewel” tankerində iki partlayış baş verib. Gəminin gövdəsində xarici təsirdən yaranan deşiklər aşkar edilib.
“Yanvarın sonunda “Thenamaris” şirkətinə məxsus “Seacharm” neft tankerinə Türkiyənin Ceyhan limanı yaxınlığında ziyan dəyib. Fevralda Liviya sahillərində Liberiya bayrağı altında üzən “Grace Ferrum” kimyəvi tankeri zədələnib”, – “Reuters” Aralıq dənizindəki digər partlayışları xatırladıb.
Daha əvvəl isə Kerç boğazında batmış “Volqoneft-239” tankeri bir neçə metr sahilə çəkilib.