ADDA-nın tələbələri Bakı Gəmiqayırma Zavodunda təcrübə keçirlər

10

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının IV tədris ilinin tələbələri Bakı Gəmiqayırma Zavodunda (BGZ) təcrübədədirlər. 

Builki təcrübə fevralın 17-dən mayın 23-dək nəzərdə tutulub.

Təcrübə ixtisasın təhsil proqramının tələbləri nəzərə alınmaqla, ADDA və BGZ əməkdaşlarının birgə hazırladığı, hər iki müəssisənin rəhbərləri tərəfindən təsdiqlənmiş “Təcrübə zamanı təlim-tədrisin təşkili metodikası”na  uyğun aparılır.