Banqladeşin dövlətə məxsus gəmiçilik korporasiyası – “Bangladesh Shipping Corp” (“BSC”) 30 ildən sonra konteyner daşımaları bazarına qayıdır.
“Seanews.az” “Loadstar”-a istinadən xəbər verir ki, şirkət tutumu 2,5-3 min TEU olan 12 konteyner gəmisi almaq və bununla da regional daşıma bazarında pay əldə etmək niyyətindədir.
“BSC” hazırda 8 balkeri istismar edir.
Hökumətlərarası kredit sazişinə əsasən, Cənubi Koreyada altı konteyner gəmisi alınacaq. Onların dəyəri 313 milyon dollar olacaq. Satınalma üçün kredit, sövdələşmə İqtisadi Əməkdaşlıq və İnkişaf Fondu tərəfindən təsdiqləndikdən sonra Cənubi Koreya İxrac-İdxal Bankı tərəfindən təmin ediləcək.
“BSC”-nin daha altı konteyner gəmisini haradan alacağı hələ məlum deyil, lakin korporasiya həmçinin daha dörd balker və iki tanker almağı planlaşdırır”, – nəşr yazır.