“DP World” şirkətinin Jebel Ali limanındakı terminalında 2024-cü ildə 15,5 milyon TEU aşırılıb ki, bu da 2023-cü ildən 1 milyon TEU (+6,9%) çox və 2015-ci ildən bəri ən yüksək göstəricidir.
“Seanews.az” xəbər verir ki, hesabat ilində Jebel Ali limanında ümumi yüklərin aşırılması 23% artaraq 5,4 milyon ton təşkil edib.
2024-cü ildə “DP World”-ün bütün liman və terminallarının yük dövriyyəsi isə 8,3% artaraq 88,3 milyon TEU-ya çatıb.
“DP World” (Dubay, BƏƏ) dəniz terminallarının beynəlxalq operatoru, logistika və digər xidmətlərin təminatçısıdır. Dünyanın 78 ölkəsində fəaliyyət göstərən şirkət ticarət yüklərinin 10%-ni aşırır. “DP World” altı qitədə 45-dən çox limanda 150-dən çox dəniz terminalı şəbəkəsini idarə edir.