Uzaq səfərlər kapitanı kimi tanınan Həzi Nəbiyev ilk dəfə gəmi sükanı arxasına 25 yaşında keçib. O, indi gəmiçilik sahəsindəki təcrübəsini kafedra müdiri və müəllim olaraq Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri ilə paylaşır. Bundan başqa, hazırda fəaliyyətini həm də ASCO-nun Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamentində davam etdirir.
Bu gün ömrünün 60-cı ildönümünü qeyd edən həmkarımızı səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və yeni uğurlar arzulayırıq.
Yolunuz daim açıq olsun, əziz Həzi müəllim!