Gürcüstanın Poti limanında multimodal konteyner terminalının tikintisi layihəsinə ümumi investisiya 30 milyon dollar təşkil edir.
“Seanews.az”-ın məlumatına görə, Qazaxıstanın “NC KTZ” və “PTC Holding“ arasında layihənin həyata keçirilməsinə dair niyyət memorandumu 2025-ci il martın 4-də Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə işçi qrupunun iclası çərçivəsində imzalanıb.
İllik gücü 80 min TEU-dan çox olacaq terminalın qablaşdırılmış və konteyner yüklərinin səmərəli idarə edilməsini təmin edəcəyi gözlənilir ki, bu da marşrut üzrə yükdaşımaların həcmini artıracaq.
Daha əvvəl bildirildiyi kimi, 8 hektar ərazidə yerləşəcək multimodal terminalın 2025-ci ildə istismara verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Gürcüstanın Rioni çayının mənsəbində yerləşən Poti dəniz limanı Transqafqaz dəhlizinin və TRASEKA proqramının əsas nöqtəsidir.