3-9 mart tarixlərində “İdman Həftəsi” çərçivəsində mobiloqrafiya sahəsi üzrə intensiv təlim keçirildi. Peşəkar təlimçi tərəfindən təşkil olunan təlimdə iştirakçılar mobil cihazlar vasitəsilə peşəkar çəkiliş üsullarını, işıqlandırma və kadraj prinsiplərini, habelə montaj bacarıqlarını mənimsədilər.
Təlimin nəzəri və praktiki hissələri iştirakçılara mobiloqrafiyanın əsaslarını dərindən öyrənmək və sosial media üçün keyfiyyətli vizual kontent hazırlamaq imkanı yaratdı.
Təlimdə Azərbaycan Yelkən Federasiyasının sosial media meneceri Solmaz Məmmədli də iştirak edib. Sonda təlimi uğurla tamamlayan bütün iştirakçılar diplomlarla təltif olunublar.