Aktau limanına gedən dəmir yolu Qazaxıstanın mülkiyyətinə qaytarılacaq.
Məhkəmə özəl şirkətə limana gedən əsas dəmir yolu şəbəkəsini dövlət mülkiyyətinə qaytarmağı tapşırıb.
“Seanews.az” xəbər verir ki, bu barədə “Kursiv” ölkənin Baş Prokurorluğuna istinadən məlumat yayıb. Mövcud qanuna görə, belə obyektlər dövlətə məxsus olmalıdır.
Bundan əvvəl Respublika Baş Nəqliyyat Prokurorluğu Manqışlaq stansiyasından Aktau dəniz limanına qədər olan magistral dəmir yolu xətlərinin özəl şirkətə məxsus olması faktını müəyyən edib. Bu liman vasitəsilə Qazaxıstandan xammal, əsasən neft, taxıl, müxtəlif avadanlıqlar, mallar, eləcə də Çindən və digər ölkələrdən tranzit yüklər ixrac olunur. Liman strateji əhəmiyyət kəsb etdiyi üçün Nəqliyyat Nazirliyi məhkəmə yolu ilə dəmir yolu şəbəkəsinin dövlətə qaytarılmasını tələb edib.
Qeyd edək ki, martın 14-də Manqistau vilayətinin İqtisadiyyat Məhkəməsi iddianı təmin edib.