Bir neçə ildir ki, Novruz bayramını biz qalib xalq olaraq daha böyük qürur və sevinc hissi ilə qeyd edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sayəsində indi azad və suveren ölkəmizin hər yerində Novruz tonqalları alovlanır.
Vətən Müharibəsi Qəhrəmanı, Şuşa fatehi, ASCO-nun Məxfi rejim və səfərbərlik şöbəsinin rəis müavini Zaur Hüseynov bir zamanlar həsrətlə baxdığımız torpaqlarda indi gur tonqalların yanmasını milli birliyin, iradənin və əzmin təntənəsi adlandırır.
asco.az