Əziz valideynlər və balaca dənizçilər!
Həyəcanla gözlədiyimiz Optimist Yay Məktəbi bu yay da yelkən sevdalılarını qarşılayır!
Əgər övladınız həm əylənmək, həm də yelkən idmanını öyrənmək istəyirsə, bu yay sizin üçün əla fürsətdir!
Dəniz, günəş, dostluq və yelkən – bunların hamısı bir arada olacaq. Yay məktəbimizdə uşaqlar peşəkar beynəlxalq məşqçilərlə yelkən bacarıqlarını inkişaf etdirəcək, təhlükəsizlik qaydalarını öyrənəcək, komanda ruhunu yaşayacaq və bol-bol əylənəcək!
Yay məktəbinin dövrləri:
• I dövr: 30 iyun – 11 iyul
• II dövr: 14 – 25 iyul
• III dövr: 28 iyul – 8 avqust
• IV dövr: 11 – 22 avqust
• Komandaya seçmə dövrü: 25 avqust – 5 sentyabr
Yaş aralığı: 7-10 yaş
Dərs günləri: Həftəiçi hər gün (B.e – Cümə)
Vaxt: 10:00 – 17:00
Məkan: SFA Yelkən Mərkəzi, Ramada by Wyndham Baku, Şıxov sahili
Proqramda nələr var?
• Əsas və qabaqcıl yelkən təlimləri
• Praktiki və nəzəri dərslər
• Yarış texnikaları və komanda oyunları
• Liderlik bacarıqları
• Sahil əyləncələri və oyunlar
• Şəhərdaxili transfer (Funikulyordan çıxış – 09:30 gediş, 17:00 qayıdış)
• Günorta yeməyi və yelkənçi forması
Yay məktəbini uğurla başa vuran balacalar SFA komandamıza seçilmək şansı qazanacaqlar!
Qeydiyyat və suallar üçün:
+994 77 497 44 05 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Yerlər məhduddur, erkən qeydiyyatla yerinizi indidən təmin etməyi unutmayın!
Dəniz sizi çağırır – gəlin birlikdə yelkən açaq!