Hindistanın ən böyük “Adani Ports and Special Economic Zone” (“APSEZ”) gəmiçilik şirkətinin direktorlar şurası Avstraliyanın şərq sahilində Sinqapur operatoru “Abbot Point Port Holdings”-yə (“APPH”) məxsus ixtisaslaşmış ixrac terminalının alınmasını təsdiqləyib.
“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, ixtisaslaşmış terminal vasitəsilə ildə 50 milyon ton kömür ixrac etmək mümkündür.
Müqavilə “Carmichael Rail & Port Singapore Holdings” (“CRPSHPL”, Sinqapur) ilə bağlanacaq.
Razılaşmaya görə, “APSEZ”, həmçinin “APPH”-nin əsas olmayan aktiv və öhdəliklərini də öz üzərinə götürəcək.
Qeyd edək ki, Ebbot Point limanında yerləşən dərin sulu kömür ixrac terminalı 2025-ci maliyyə ilində 40 milyon ton yük üçün müqavilə bağlayıb və artıq 35 milyon ton kömür aşırıb. Terminal vasitəsilə yüklər 15 ölkəyə ixrac edilir. Buradan göndərilən yüklərin 88%-i Asiya, 10%-i Avropanın payına düşür.