ASCO-nun Xəzər Dəniz Neft Donanmasının veteran əməkdaşı, təcrübəli dənizçi İsa Həbibov vəfat edib.

179

ASCO-nun Xəzər Dəniz Neft Donanmasının veteran əməkdaşı, təcrübəli dənizçi İsa Həbibov vəfat edib.

İsa Həbibov əmək fəaliyyətinə 1967-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində başlayıb. O, peşəkar və məsuliyyətli dənizçi kimi matrosluqdan kapitan vəzifəsinədək yüksəlib və uzun illər dənizçilik sahəsinə sadiq xidmət göstərib.

ASCO rəhbərliyi və kollektivi adından İsa Həbibova Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.