ABŞ Prezidenti Donald Tramp Panama və Süveyş kanallarından ABŞ hərbi və ticarət gəmiləri üçün pulsuz keçid tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, “Truth Social” platformasında yazıb:
“ABŞ gəmilərinə – həm hərbi, həm də ticarət gəmilərinə – Panama və Süveyş kanallarından pulsuz keçməyə icazə verilməlidir. Bu kanallar Amerika Birləşmiş Ştatları olmadan mövcud olmazdı. Dövlət katibi Marko Rubiodan bu vəziyyətlə dərhal məşğul olmağı xahiş etdim”, – Tramp qeyd edib.