Azərbaycan Dənizçilərinə Dəstək” ictimai birliyindən məlumat

65

Hörmətli Dənizçi Həmkarlarım

      Son günlərdə sosial şəbəkələrdə, tik tök qruplarda whatsap ən əsası Facebook səhifələrində paylaşılan elanlarda, müşahidə olunan çoxlu dolandırıcılıq halları ilə sizləri məlumatlandırır və sizləri diqqətli olmağa çağırırıq. Çoxlu dolandırıcılıq, aldadılma hallarına rast gəlirik.

Bir qrup dolandırıcı adamlar yalançi vədlər ilə yüksək məbləğ müqabilində quya Azərbaycanda dövlət, özəl və alyansda olan gəmiçilik şirkətlərinə işə düzəltmək adi ilə müxtəlif saytlarda və whatsap qruplarda “BUE CASPİAN LİMİTED şirkətinin Baki nümayəndəliyi Xəzər dənizində istismar edilən ofşor gəmilərinə matros və motorçu vəzifəsinə işçi qəbul edir.” adı altında elanlar paylaşılır.

Diqqət Diqqət bu elan dolandırıcılar tərəfindən elan olunub. Bu paylaşım həqiqətə uyğun deyil .

Azərbaycanda dövlət,özəl və alyansda olan gəmiçilik şirkətlərə qəbul tam rəsmi qaydalar ilə aparılır, musabiqə və qanunu formasinda bilik və bacariq yoxlanilanda sonra işlə təmin olunur

Gələcəkdə şirkətlər ilə bağlı hər hansi bir elana rast gəlsəniz aşağıda ğöstərilən nömrələr ilə əlaqə saxlayin və məlumati dəqiqləşdirin.

1.Topaz Marine

AZ1005, Baki Nizami küç,69; 5 mərtəbə; “Isr Plaza” (+994 12) 4978767

Unutmayaq ki, AZƏRBAYCAN DƏNİZÇİSI OLMAQ BÖYUK BİR ŞƏRƏFDİR!

    Hörmətlə “Azərbaycan Dənizçilərinə Dəstək” ictimai birliyinin sədri dənizçilərin dostu

İlham Rafiq oğlu Nəsirov

E-mail: info@adib.az

Mob. Whatsapp(+99455) 226-48-99

Web site: www.adib.az