Bakı Gəmiqayırma Zavodunda FHN-iyi üçün tikiləcək çoxfunksiyalı xüsusi təyinatlı xilasedici və “VİXR” tipli yanğınsöndürən gəminin ilk polad lövhəsinin kəsilmə mərasimi keçirilib.

70

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin tərkibində fəaliyyət göstərən Bakı Gəmiqayırma Zavodunda Fövqəladə Hallar Nazirliyi üçün tikiləcək çoxfunksiyalı xüsusi təyinatlı xilasedici və “VİXR” tipli yanğınsöndürən gəminin ilk polad lövhəsinin kəsilmə mərasimi keçirilib.

Tədbirdə AZCON-un Təchizat zəncirinin idarəolunması departamentinin direktoru Emil Pənahov və FHN-in Maddi-texniki təchizat idarəsinin rəisi Elnar İmanov polad lövhənin kəsilməsini bildirən düyməni basıblar.

Özünəməxsus funksionallığı ilə seçilən gəminin uzunluğunun 50.80 metr, eninin 9.41 metr, dərinliyinin 4.30 metr, suya oturumunun 3.50 metr olması nəzərdə tutulub.

Qeyd edək ki, bu gəmi cari il ərzində Bakı Gəmiqayırma Zavodunda, eyni zamanda tikilməkdə olan sayca 10-cu gəmidir.