Doktoranturada təhsil almaq istəyənlərin nəzərinə!

22

Doktoranturaya sənəd qəbulu elan edilir
Azərbaycan Dövlət Dəniz Akademiyası 2025-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu elan edir.

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər portal.edu.az saytı üzərindən “Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq  elektron müraciət  etməlidirlər.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayında keçiriləcək xarici dil imtahanından keçid balını toplamalıdırlar.

Xarici dil imtahanında keçid balını toplayan şəxslər sentyabr ayında keçiriləcək “Fəlsəfə” fənnindən imtahana buraxılırlar.

“Fəlsəfə” fənnindən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.

Sənəd qəbulu müddəti: 13 may 11:00 -02 iyun saat 18:00

Təlimat         : Təlimat doktorantura

Plan Yerləri    : Plan yerləri

adda.edu.az