Bu gün uzun zamandır səbirsizliklə gözlənilən Marina Village Yacht Club rəsmi olaraq qapılarını açır! Hazırda açılış mərasimi yüksək enerji və dəniz ab-havası ilə davam edir.
Azərbaycan Yelkən Federasiyası tədbirdə fəal iştirak edir. Marina ərazisində nümayiş etdirilən yelkən şousu ziyarətçilərin böyük marağına səbəb olub. Canlı çıxışlar və yelkən nümayişləri tədbirə xüsusi rəng qatır.
Bundan əlavə, 2025 Optimist Yay Məktəbi haqqında ziyarətçilərə məlumat verilir. Federasiyanın gənc və istedadlı idmançıları gələn qonaqlarla ünsiyyətdədir, layihə ilə bağlı ətraflı məlumat təqdim edir və tanıtım broşurları paylayırlar.
Dənizlə tanış olmaq və yelkən dünyasına ilk addımını atmaq istəyən hər kəsi Marina Village-ə dəvət edirik. Tədbir davam edir – siz də bu unudulmaz günün bir parçası olun!








Source:https://www.facebook.com/sailingaze