30 may 2025-ci il saat 15:30-da (215-ci aud.) “Dəniz naviqasiyası” kafedrasının genişləndirilmiş iclasında iddiaçı Mustafayev Vüsal Oktay oğlunun 3319.02 – “Gəmiçilik və su nəqliyatının istismarı” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Dəniz neft mədənlərində 60 metrədək dərinlikdə xidmət edən dalğıc kompleksinin xarakteristikalarının sistemli analizi və optimallaşdırılması” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir.
Dissertasiya “Dəniz naviqasiyası” kafedrasında yerinə yetirilmişdir. Elmi rəhbər t.e.d., professor V.H. Həsənovdur.
Kafedra əməkdaşlarının iştirakı vacibdir. Bütün maraqlananlar iştirak edə bilər.
adda.edu.az