Dənizçilik sektorunda kibertəhlükəsizlik riskləri rekord səviyyəyə çatıb

44

“Hücum səthlərinin genişlənməsi və təhdidlərin mürəkkəbləşməsi fonunda dənizçilik sektorunda kibertəhlükəsizlik riskləri rekord səviyyəyə çatıb”.

“Seanews.az” xəbər verir ki, bunu ABŞ-nin Merilend ştatında yerləşən Dənizçilik Konfrans Mərkəzində keçirilən “Dənizçilik Kibertəhlükəsizlik Sammiti – 2025 ”də çıxış edən “ABS Consulting” şirkətinin Dənizçilik üzrə kibertəhlükəsizlik direktoru Michael DeVolld bildirib.

O qeyd edib ki, artıq bu riskləri anlamaq kifayət deyil, həm də insanları, əməliyyatları və aktivləri qoruyan konkret tədbirlər həyata keçirmək lazımdır.

Tədbirdə “MTS-ISAC” təşkilatının İcraçı direktoru Savn Viteside bildirib ki, dəniz ticarəti qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət kəsb etdiyi üçün sektor kibertəhlükələr baxımından cəlbedici hədəfə çevrilib. O əlavə edib ki, kollektiv dayanıqlılığın gücləndirilməsi məqsədilə sənaye daxilində əməkdaşlıq və bilik mübadiləsi əsas rol oynayır.