2025 Optimist Avropa Çempionatında üçüncü yarış günü Çeşmənin sularında yekunlaşdı.

57

2025 Optimist Avropa Çempionatında üçüncü yarış günü Çeşmənin sularında yekunlaşdı.

Küləyin güclü, lakin sabit olması gənc yelkənçilər üçün həm çətinlik, həm də imkanlar yaratdı. Qızlar 2, oğlanlar 2 olmaq üzərə toplam dörd fərqli qrupda mübarizə aparan idmançılar külək və dalğalara qarşı taktiki bacarıqlarını maksimum şəkildə nümayiş etdirdilər.

Bu gün baş tutan yarışlardan sonra idmançılar final mərhələsinə doğru qızıl və gümüş qruplara bölündülər.

Hava proqnozlarına əsasən, küləyin sabah da eyni gücdə davam edəcəyi gözlənilir ki, bu da final yarışlarında həyəcanın səngiməyəcəyini göstərir.

Qızıl və gümüş qruplarda yarışacaq bütün yelkənçilərə, məşqçilərə və ölkələrə uğurlar arzulayırıq!

Yarışlarla bağlı daha ətraflı məlumat üçün keçidə daxil olun:

🔗2025europeans.optiworld.org

©️Foto: Matias Capizzano