Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək

15

Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək.

Bu barədə “Report”a Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən məlumat verilib.

Turnir Gənclər və İdman Nazirliyi ilə AKAF-ın birgə təşəbbüsü əsasında baş tutacaq.

Bakı şəhəri, Dənizkənarı Bulvar, Əhəd Yaqubov küçəsində baş tutacaq tədbir 10-11 iyunda gerçəkləşəcək.

İyunun 10-da saat 10:00-dan 15:00-a qədər dövlət qurumlarının əməkdaşları avarçəkmə məşqləri keçəcəklər. İyunun 11-də saat 11:00-dan 15:00-a qədər isə yarışlar təşkil ediləcək. İştirakçılar bir və iki nəfərlik kayak qayıqlarında şəxsi və komanda birinciliyi şəklində olmaqla 200 metr məsafəyə mübarizə aparacaqlar.