11 iyun 2025-ci il tarixində saat 1500-da “Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-nin əsas binasında 215 nömrəli auditoriyada “Gəmi elektroavtomatikası” kafedrasının doktorantı Aynurə Allahverdiyevanın 3319.01 – “Gəmiçilik texnikası” ixtisasında texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Gəmidə texnoloji parametrlərin ölçülməsində maqnit levitasiya sisteminin istifadə olunma xüsusiyyətləri” mövzusunda dissertasiya işinin BFD 2.02 Dissertasiya Şurasının elmi seminarında müzakirəsi keçiriləcəkdir. Maraqlananlar iştirak edə bilər.
BFD 2.02 Dissertasiya Şurası
adda.edu.az