Beynəlxalq səviyyədə tanınan Panama sertifikatlı STCW kursları artıq United Alliance Group təlim mərkəzində mövcuddur.

18

Beynəlxalq səviyyədə tanınan Panama sertifikatlı STCW kursları artıq United Alliance Group təlim mərkəzində mövcuddur.

• Rəsmi Panama sertifikatı kursun bitməsindən 1 gün sonra təqdim olunur.

• Bütün proqramlar STCW Konvensiyasının tələblərinə tam uyğundur.

Qeydiyyatdan keçən dənizçilərə təlim mərkəzimiz tərəfindən müvafiq kurslar tədris edilir və kursları uğurla başa vurduqdan sonra onlara Panama Dənizçilik Administrasiyası tərəfindən verilmiş ixtisas (refresh) sertifikatları təqdim olunur. Bu sertifikatlar Beynəlxalq Dəniz Təşkilatına (IMO) üzv olan bütün dövlətlər tərəfindən tanınır və kursun tamamlandığı gündən etibarən 1 gün ərzində təqdim edilir.

Tədris olunan kursları sizə təqdim edirik:

1. Elektron Xəritə Displeyinin və İnformasiya Sistemlərinin İstismarı Qaydaları

2. Kapitan Körpüsü Resurslarının İdarə Olunması

3. Şəxsi Təhlükəsizlik və İctimai Məsuliyyət

4. İlk Elementar Tibbi Yardım

5. Yanğına Qarşı Təhlükəsizlik və Mübarizə

6. Sağqalmaq Uğrunda Mübarizə Üsulları

7. Təhlükəsizlik üzrə Tanışlıq

8. Sürətli Olmayan Xilasetmə Qayığı, Növbətçi Qayıq və Sallarla İş üzrə Mütəxəssis

9. Gəminin Mühafizəsi üzrə Ümumi Hazırlıq və Təlimat

10. Gəmi Mühafizəsi üzrə Məsul Şəxs

11. Gəmidə Tibbi Nəzarət

12. Gəmidə İlk Tibbi Yardım

13. Gəminin Mühafizəsi üzrə Müəyyən Edilmiş Vəzifələrə Malik Şəxslərin Hazırlığı

14. Sürətli Xilasedici Qayıq Mütəxəssisi

15. Yanğınla Mübarizə üzrə Geniş Proqram

16. 1000 Volt və Daha Artıq Gərginlikli Sistemlərin Təhlükəsiz İstismarı və Texniki Nəzarəti

17. Maşın Şöbəsi Resurslarının İdarə Olunması

18. Kimyəvi Maddələr Daşıyan Tankerlərdə Yük Əməliyyatları üzrə Geniş Hazırlıq

19. Neft Tankerlərində Yük Əməliyyatları üzrə Geniş Hazırlıq

20. Neft və Kimyəvi Maddələr Daşıyan Tankerlərdə Yük Əməliyyatları üzrə İlkin Hazırlıq

21. Qlobal Dəniz Fəlakəti və Əmniyyətli Rabitə Sistemi üzrə Ümumi Operator

22. Radar, Avtomatik Radar Müşahidə Vasitələri, Kapitan Körpüsü Komandası və Axtarış-Xilasetmə

23. Radar Naviqasiyası, Radarla Müşahidə və Avtomatik Radar Müşahidə Vasitələrinin İstismarı

🔗 Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

📞+994 51 232 19 22

✉ stcw@uagltd.com

Source:https://www.facebook.com/unitedalliancegroupltd