Dövlət qurumları arasında avarçəkmə yarışı keçirilib

12

Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının binasının qarşısında (Bakı şəhəri, Dənizkənarı Bulvar, Əhəd Yaqubov küçəsi) mübarizə aparan iştirakçılar 1 və 2 nəfərlik kayak qayıqlarında şəxsi və komanda birinciliyi şəklində 200 metr məsafəyə mübarizə aparıblar.

Mübarizədə ASCO-nu “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun əməkdaşları Mixail Protasov və Janna Məmmədova təmsil ediblər. Onlar qarışıq komanda (kişilər və qadınlar) yarışında ikinci yeri tutublar.

Qaliblər diplom və medalla mükafatlandırılıblar.