“KazMunayQaz” Çinin CNOOC şirkəti ilə müqavilə imzaladığını açıqlayıb.
Oxu.Az-ın xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” nəşri məlumat yayıb.
Məlumata görə, söhbət Xəzər dənizinin şimal-şərq hissəsinin tranzit zonasında yerləşən “Jılıoy” layihəsində karbohidrogenlərin kəşfiyyatı və hasilatına aiddir.

“Bu hadisə Qazaxıstan və Çin arasında neft-qaz sektorunda strateji tərəfdaşlığın inkişafında mühüm mərhələdir. Böyük Çin şirkəti CNOOC məhz geoloji kəşfiyyat layihəsindən başlayaraq Qazaxıstana ilk dəfə investisiyalarla daxil olur”, – “KazMunayQaz” qeyd edib.
Tərəfdaşlıq “Jılıoy” layihəsinin 50/50 pariteti əsasında birgə həyata keçirilməsini nəzərdə tutur, eyni zamanda, kəşfiyyat dövrünün maliyyələşməsini Çinin CNOOC şirkəti təmin edəcək.
Planlaşdırılan geoloji kəşfiyyat işlərinin minimal iş proqramına aşağıdakılar daxildir:
– 3D seysmik kəşfiyyat – 400 kv.km ərazinin çöl işləri, emalı və interpretasiyası;
– tarixi 2D məlumatların təkrar emalı – 400 poqonkilometr;
– duz təbəqəsinin üzərindəki, dərinliyi 2000 metr olan bir kəşfiyyat quyusunun (müstəqil mərhələ) qazılması;
Həmçinin əldə edilmiş 3D seysmik kəşfiyyat məlumatlarının nəticələrindən asılı olaraq, duz təbəqəsinin altındakı, dərinliyi 4.5 min metr olan bir kəşfiyyat quyusunun (asılı mərhələ) qazılması.
