Azərbaycan Dövlət Dəniz Akademiyası 2025/2026-ci tədris ilində əcnəbi və  vətəndaşlığı olmayan şəxslər üçün aşağıdakı ixtisaslar üzrə  tələbə qəbulu elan edir:

4

Azərbaycan Dövlət Dəniz Akademiyası 2025/2026-ci tədris ilində əcnəbi və  vətəndaşlığı olmayan şəxslər üçün aşağıdakı ixtisaslar üzrə  tələbə qəbulu elan edir:

Bakalavriat  səviyyəsində:

– Dəniz naviqasiyası mühəndisliyi (tədris azərbaycan, ingilis, rus dillərində)

– Gəmi energetik qurğuları istismarı mühəndisliyi (tədris azərbaycan, ingilis  dillərində)

– Gəmiqayırma  və gəmi təmiri mühəndisliyi (tədris azərbaycan dilində)

– Elektrik və elektronika mühəndisliyi (tədris azərbaycan dilində)

Bakalavriat  səviyyəsində  təhsil müddəti 4 ildir.

Magistratura səviyyəsində:

– Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi (tədris azərbaycan dilində)

– Dəniz texnikası  və texnologiyası mühəndisliyi (tədris azərbaycan dilində)

– Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi (tədris azərbaycan dilində)

– Elektrik və elektronika mühəndisliyi (tədris azərbaycan dilində)

Magistratura  səviyyəsində təhsill müddəti 2 ildir.

Əcnəbilərin qəbulu: onların təhsil səviyyəsi üzrə hazırlığı və tədris  dilini  bilmə dərəcəsi akademiyanın müsahibə  komissiyası tərəfindən yoxlanılır və mövcud tələblərə  uyğun gəldikləri halda qəbul rəsmiləşdirilir.

Təhsil haqqı: 5100 manatdır;

Tələbələr geyim forması, tədris materialları və yataqxana ilə ödənişsiz təmin edilir. Akademiyanın diplomları 170-dən çox ölkədə tanınır.

Azərbaycan Dövlət Dəniz Akademiyası Beynəlxalq Dəniz Universitetləri və Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiyasiyalarının üzvüdür.

Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18

Telefon: 012 493 36 44

adda.edu.az