Azərbaycan dənizçiləri peşə bayramlarını qeyd ediblər
25 iyun – Dənizçi Günü münasibətilə Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) kollektivi Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Dənizçilər tərəfindən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib.
Ziyarətçilər Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən I Qarabağ müharibəsində şəhid olan dənizçilərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Qeyd edək ki, ölkəmizdə Dənizçi Günü peşə bayramı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 iyun 2014-cü il tarixli 565 nömrəli sərəncamı ilə təsis edilib.
Hazırda Azərbaycanın sürətli inkişafında dənizçilərin xüsusi əməyi var. Onlar həm yükdaşımalarda, həm də dənizdə neft-qaz hasilatında mühüm rol oynayırlar. Həmçinin Xəzərdən kənar sularda Azərbaycan bayrağı ilə üzən dənizçilərimiz daim ölkəmizi qürurla təmsil edir, Azərbaycanın və dünya iqtisadiyyatının inkişafında mühüm rol oynayırlar.






ddla.gov.az