Rusiya ABŞ-dən sonra Avropaya ikinci ən böyük maye qaz tədarükçüsü olub.
Oxu.Az Avropanın “Eurostat” statistika agentliyinə istinadən xəbər verir ki, 2025-ci ilin birinci rübündə Rusiyadan maye qaz alışı Aİ-də bu yanacaq növünün bütün idxalının 17%-ni təşkil edib.
ABŞ-nin Avropa bazarındakı payı 50,7% təşkil edir. Qətər isə 10,8% ilə üçüncüdür.
Boru kəmərləri ilə tədarük olunan qaza gəlincə, bütün satınalmaların 52,6%-i Norveç, 19,4%-i Əlcəzair, 11,1%-i Rusiyadan alınıb.