“Dənizçilik əsl sınaq meydanıdır. Güclü və səbrli olanlar isə həmişə qalib gəlir”, – “Cabbar Həşimov” tankerinin kapitanı İlqar Dadaşov belə deyir.
Ömrünün yarıdan çoxunu gəmiçiliyə həsr edib, amma hər səfərə hələ də ilk günkü məsuliyyətlə çıxır. Elə buna görə də o, 2024-cü il üzrə “Ən yaxşı kapitan” adına layiq görülüb.
Bu videoda kapitanın keçdiyi yol və işə yanaşması ilə yaxından tanış olacaqsınız.