Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ÜGT-nin Siyasi Komissiyasına üzv seçilib

3
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ÜGT-nin Siyasi Komissiyasına üzv seçilib

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Gömrük Əməkdaşlıq Şurasının 145/146-cı sessiyalarının sonuncu günündə təşkilatın rəhbər strukturlarında təmsilçiliyin formalaşdırılması məqsədilə seçkilər keçirilib.

ÜGT çərçivəsində həyata keçirdiyi fəaliyyət və üzv dövlətlərin gömrük xidmətlərinin dəstəyi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ÜGT-nin Siyasi Komissiyasına üzv seçilib.

Siyasi Komissiya Ümumdünya Gömrük Təşkilatının ali strateji sənədlərinin formalaşdırılmasında, təşkilatın uzunmüddətli siyasətinin müəyyənləşdirilməsində və üzv dövlətlər arasında yüksək səviyyəli siyasi koordinasiyanın təmin edilməsində mühüm rol oynayan əsas qərarverici strukturlardan biridir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bu mühüm qərarverici orqanda təmsil olunması beynəlxalq gömrük siyasətinin formalaşdırılmasında daha fəal və məqsədyönlü iştirakını təmin etməklə yanaşı, innovativ təşəbbüslərin beynəlxalq müstəviyə çıxarılması baxımından əhəmiyyətli platforma rolunu oynayacaq.

Source:https://customs.gov.az/